Ölkədə daha az şikayət olunan “PAŞA Sığorta” ASC-nin icbari avtosığorta üzrə şikayət indeksi son ayda artıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən fevral ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi”də qeyd edilir.
“PAŞA Sığorta”nın yanvardakı indeksi 0.19 təşkil etdiyi halda, fevral ayında 0.01 bənd artaraq 0.20 bənd təşkil edib.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı bölünsün bağlanan müqavilələr üzrə bazar payı.