Böyük Britaniya hökuməti müdafiə xərclərini 2.5%-ə çatdırmaq niyyətində olduğunu açıqlayıb.
Bu məlumat hökumətin 2023-cü ildə təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasət prioritetlərinin kompleks icmalında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2020-ci ildə Boris Conson hökuməti müdafiə xərclərinin böyük artım proqramını təsdiqləyib və Ukraynaya hərbi yardım daxil olmaqla bu il Böyük Britaniyanın ümumi hərbi xərclərinin ÜDM-in 2.2%-nə və ya 2.29%-nə çatacağı gözlənilir.
Hökumət qeyd edib ki, müdafiə xərclərinin yeni səviyyəyə qaldırılması ölkənin NATO-da liderliyini gücləndirəcək və Ukraynadakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsini sürətləndirməyə kömək edəcək.
Həmçinin, Böyük Britaniya hökuməti müdafiə proqramı üçün əlavə 5 milyard funt sterlinq ayırmaq niyyətini təsdiqləyib.