Ermənistan digər ölkələrlə hərbi-siyasi əməkdaşlığını Rusiyadan gizlətmir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“İrəvanın mövcud təhlükəsizlik sistemində problemləri var, çünki hazırkı təhlükəsizlik arxitekturası işləmir. Məhz buna görə də hakimiyyət digər ölkələrlə dialoq qurmağa çalışır”, – Paşinyan deyib.