10 C
Baku
Wednesday, November 27, 2024

OECD-də neft ehtiyatları 2021-ci ilin iyul ayından bəri maksimuma çatıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin yanvarında 54.8 mln. barel artaraq, 2021-ci ilin iyulunda qeydə alınan maksimumadək yüksəlib.

Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, OECD ölkələrində neft məhsullarının kommersiya ehtiyatları yanvar ayının yekunlarına görə 2.851 mlrd. təşkil edib, bu da 2021-ci ilin iyul ayından ən yüksək göstərici olub. Lakin bu, son beşillik ortalama göstəricidən 25.5 mln. barel, 2017-2021-cu illərin ortalama səviyyəsindən isə 110.1 mln. barel azdır.

Belə ki, ötən ilin noyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1.344 mlrd. barel, neft məhsullarının həcmi isə 1.424 mlrd. barel təşkil edib.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər