Qazaxıstan bu ay 25 min ton Rusiya neftini Özbəkistana tranzit etməyi planlaşdırır.
Bu barədə “Sputnik”in Qazaxıstan bürosunun məlumatında deyilib.
Məlumata əsasən, neft Omsk-Pavlodar–Şimkənd-Şaqır marşrutu ilə daşınacaq.
Həmçinin qeyd olunub ki, bu il Rusiya neftinin “KazTransOil” magistral neft kəməri sistemi ilə Özbəkistana nəqlinin gözlənilən həcmi 250 min ton təşkil edəcək.