11 C
Baku
Sunday, December 7, 2025

Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Şəkidə şirniyyat istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.

Belə ki, Şəki şəhəri, M.F.Axundov küçəsində fəaliyyət göstərən fiziki şəxs Rüstəmli Toğrul Siracəddin oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları planlı yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçinin tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər