9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 20 %-dən çox artıb

2022-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 594 milyon manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 20.3 % çoxdur.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 719 milyon manatı və yaxud 40 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 35.2 % çoxdur.

O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38.3 % artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16 % artaraq 87 milyon manata çatıb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3.6 % artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15.5 % artaraq 119 milyon manat, digər aktivləri isə 14.7 % artaraq 438 milyon manat təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər