7 C
Baku
Thursday, December 12, 2024

Baş nazir: “Azərbaycanda qiymətlər idxal edilmiş inflyasiya hesabına artıb”

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib: “O cümlədən ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20.4 % olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.

Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib: “Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 %-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər