İdxalatçı şirkətin müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan “Azilaqro” MMC-yə məxsus 50 qram pomidor toxumundan Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş toxum barədə məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi və ya geri qaytarılması barədə qərarlar qəbul olunub, məhsul partiyası məhv edilib.