14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti son iki ilin minimumuna düşüb

Azərbaycanın xaricdən aldığı buğdanın qiymətləri ucuzlaşıb.

Bbanker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

DGK-nın son açıqlamasına görə, 2023-cü ilin yanvar-fevral ayları ərzində illik müqayisədə 2.3 dəfə çox, 268 114 ton üzərində buğda idxal edilib. Bu buğdanın ümumi dəyəri 81.99 milyon ABŞ dolları olub.

Azərbaycan 2023-cü ilin yanvar ayında 142 656 ton (43.42 mln. dollar), fevral ayında isə 125 459 ton (38.57 mln. dollar) buğda idxal edib.

2022-ci ilin əvvəlindən buğdanın qiyməti qlobal birjalarda Rusiya-Ukrayna müharibəsi səbəbindən kəskin dəyər qazanmışdı.  2022-ci ilin yanvarında buğdanın 1 buşeli (1 buşel =21.772kq) 7 ABŞ (700 sent) olduğu halda, martında məlum müharibə səbəbindən 14 dollara yüksəlmişdi. Sonrakı aylarda isə müharibənin şoku bir qədər sakitləşməklə 10 dollara kimi eniş etdi. Məslən 2022-ci ilin iyununa qədər 1 buşeli fyuçerslər üzrə 10 dollardan baha idi.

Azərbaycan buğdanın 90% üzərində Rusiyadan alır. Əlavə olaraq RF ixraca rüsum tətbiq etməyə başlamışdı. Beləliklə, bu təsir Azərbaycanda 2022-ci ilin iyununda buğdanın bir tonun idxal qiymətini ortalama  420 ABŞ dollara yüksəlmişdi. Nəticə etibarı ilə bu bahalaşma ölkədə istehlak səbətinin əsas komponenti çörək və onun bahalaşmasına səbəb oldu.

2023-cü ilin yanvarında Azərbaycan xaricdən buğdanı 1 tonun 304 dollara, fevralında 307 dollara alıb. Təsadüfi deyil ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb” olduğunu demişdi.

Dövlət Xidməti deyib ki, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.

Qurum əlavə etmişdi ki, ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

324234242

Son xəbərlər
Digər xəbərlər