9 C
Baku
Thursday, December 12, 2024

3 şirkət “AG Telekom”a birləşdi

KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan AG Telecom şirkəti yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, “AG TELEKOM” Məhdud Məsuliyyətli Cəmiyyəti ona “İDEAL TELEKOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “VİO-TEK” Məhdud Məsuliyyətli Cəmiyyətinin  və “COSMONET” Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, AG Telecom şirkəti 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir Qurbanovdur.

Son xəbərlər
Digər xəbərlər