Daha bir şəhərə elektrik qatarı fəaliyyətə başlayacaq

Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək.

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, bu istiqamətdə tələb olunan elektrik qatarlarının və vaqonların alınmasına dair bənd Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər