3 C
Baku
Saturday, December 14, 2024

İki ayda özəlləşdirmə və icarədən büdcəyə 20.7 milyon manat vəsait ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi məqsədilə yanvar-fevral aylarında 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, iki ayda hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. Yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.

Son xəbərlər
Digər xəbərlər