İraq və İran sərhəd təhlükəsizliyini əhatə edən saziş imzalayıb.
Bununla bağlı İraq Baş Nazirliyi Mətbuat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Baş nazir Məhəmməd Şia əl-Sudani Bağdadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani ilə görüşüb.
Görüş çərçivəsində İranla sərhədlərin birgə mühafizəsi və təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb.