17 C
Baku
Monday, May 6, 2024

Daha bir bağlanan bankın daşınmaz əmlakı 80 min manata satışa çıxarılır

27 mart 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dekabank” KB ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Banker.az xəbər verir ki, daşınmaz əmlak, Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanında yerləşən (ü/s 50,40 kv.m) qeyri-yaşayış sahəsidir. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 80000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər