Birləşmiş Millətlər Təşkilatı (BMT) ən xoşbəxt ölkələrin siyahısını açıqlayıb.
Bu barədə qurumun “Dünya Xoşbəxtlik Hesabatın”ın 2023-cü il siyahısında məlumat verilib.
Finlandiya növbəti dəfə siyahıda birinci olub. Bu ölkə artıq ardıcıl 6 dəfə ilk pillədə qərarlaşıb. Hesabatda 150-dən çox ölkə yer alıb.
Qeyd olunub ki, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi tərəfindən hazırlanan hesabatda ümumi daxili məhsulun səviyyəsi, sosial dəstək, orta sağlam ömür uzunluğu, vətəndaşların öz həyatları ilə bağlı qərar vermə azadlığı, xeyriyyə təşkilatlarına yardım və korrupsiya faktları nəzərə alınıb.
Tədqiqat üçün bu ölkələrdə yaşayan insanlarla müsahibə aparılıb. Rəsmilər Sinqapur, Slovakiya və Çin kimi bəzi ölkələrin keçən il danışıqlar aparmadığına diqqət çəkib. Bildirilib ki, bu ölkələrdə məlumatlar 2020 və 2021-ci illərdə keçirilən müsahibələrə əsaslanıb.
Əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də Skandinaviya ölkələri ilk sıralarda qərarlaşıb. Finlandiyadan sonra Danimarka və İslandiya xoşbəxt ölkələr elan edilib.
Sonrakı sırada isə İsrail və Hollandiya olub.