7 C
Baku
Thursday, December 12, 2024

Monteneqroda TerraUSD stablecoin yaradıcısı Do Kvon saxlanılıb

Cənubi Koreya məhkəməsi onun həbsinə 2022-ci ilin sentyabrında order verib.

Daxili işlər naziri Filip Adziç bildirib ki, Podqoritsa hava limanında Terraform Labs şirkətinin həmtəsisçisi və baş direktoruna bənzər saxta sənədləri olan şəxs saxlanılıb. Polis hazırda şəxsiyyətin rəsmi təsdiqini gözləyir.

TerraUSD stabilkoini Luna kriptovalyutası tokeni vasitəsilə dolların dəyərinə bağlanmışdı. Onun məzənnəsi 2022-ci ilin mayında düşməyə başlayıb. Terraform Labs tərəfindən buraxılan kriptovalyutaların investorları təxminən 42 milyard dollar itirdi.

Sentyabrda Cənubi Koreya məhkəməsi Do Kvon haqqında həbs qərarı çıxarıb. Bundan əvvəl o, ailəsinin təhlükəsizliyindən qorxduğu üçün Sinqapura köçdüyünü bildirib və köçməklə cinayət təqibindən qurtulmağa çalışmadığını bildirib.

2022-ci ilin dekabrında WSJ Yonhap agentliyinə istinadən yazıb ki, Cənubi Koreya prokurorlarının fikrincə, Do Kvon çox güman ki, Serbiyada gizlənir.

2023-cü ilin fevralında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Do Kvon və Sinqapurda yerləşən Terraform Labs-a qarşı mülki iddia qaldırdı. Requlyator şirkət və onun təsisçisini TerraUSD və Luna riskləri haqqında yanlış məlumat verməkdə və investorları çaşdırmaqda ittiham edib.

Son xəbərlər
Digər xəbərlər