22 C
Baku
Sunday, April 28, 2024

Zelenski daha müasir təyyarələrə ehtiyac olduğunu açıqladı

“Ukrayna MiQ-lərın tədarükünə görə tərəfdaşlarına minnətdardır, eyni zamanda bizim daha müasir təyyarələrə ehtiyacımız var”.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Prezident Ukrayna üçün MiQ-29 təyyarələri ilə bağlı qəbul edilən qərarlara görə Polşaya və Slovakiyaya minnətdarlığını bildirib.

Zelenski qeyd edib ki, bugünkü çatdırılma Ukrayna səmasının qorunmasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bununla belə, o, Ukraynanın daha müasir təyyarələrə ehtiyacı olduğunu da vurğulayıb və onlar haqqında tərəfdaşlarla danışıqlar apardığını qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər