“N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərkibindən “N.Tusi adına Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrılaraq yarandığını, nəticədə “N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunduğunu elan edir.
Banker.az xəbər verir ki, həmçinin “N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 5000 manat azaldır.
Qeyd edək ki, buna qədər nizamnamə kapitalı 10000 manat idi. “N.Tusi adına Klinika” MMC 2002-ci ildə yaradılıb, qanuni təmsilçisi Asif Qurbanovdur.