17:16
Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.
İsraildəki daxili xaosla bağlı olaraq ölkənin əsas hava limanı olan Ben Qurion hava limanının işi iflic olub.
İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.
14:13
-
- İsrailin Hayfa və Aşdod limanları Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı ümumi tətil çərçivəsində işləri dayandırıb.
- Almaniya hökuməti İsraildəki vəziyyətdən narahat olduğunu bildirib.
13:04
- İsrail Baş naziri Benyamin Netantyahu mübahisəli məhkəmə islahatlarını dayandıracağını bəyan edib. Netanyahu bu barədə koalisiya rəhbərləri ilə görüşündə bildirib.
12:25
- İsrailin tibb assosiasiyası tətil elan edib.
- İsrailin əsas hava limanında işçilər Netanyahu hökumətinin məhkəmə islahatları ilə bağlı tədbirləri ilə bağlı tətilə başlayıblar.
- İsrailin ən böyük həmkarlar ittifaqı qrupu ümumi tətil elan edib.
- Netanyahu hökumətinin məhkəmə islahatlarına etiraz olaraq Ben Qurion hava limanında uçuşlar dayandırılıb.
- Son məlumatlara görə, İsrailin baş naziri Netanyahu təklif olunan məhkəmə islahatlarının dayandırılması ehtimalı ilə bağlı danışıqlar aparıb.
07:56
Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra etiraz aksiyasına 100 min insan toplaşıb.
Banker.az xəbər verir ki, bu barədə məlumatları isə hadisə yerindən canlı yayımlar aparan televiziya kanallar bildirir.
Etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əlaltı materiallarından od yandıraraq dağılışmaqdan imtina ediblər. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.
Dünən axşam höumət başçısı Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı işdən çıxarmaq qərarını verib. Bu, şənbə günü Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir. O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.
Müdafiə nazirinin müavini Yair Qolan İsrailin dünyanın dörd bir yanındakı səfir və diplomatlarına səslənib ki, “İstefa verin və qeyri-legitim hökumətə xidmət etməyin”.
“Yedioth Ahronoth” qəzetinə görə, Qüdsdə Knesset (parlament) binası yaxınlığında İsrailin Baş naziri Binyamin Netanyahunun siyasətinə qarşı kortəbii nümayişlər keçirilir.
Bildirilib ki, etiraz aksiyasında minlərlə insan iştirak edir. Onların bir çoxu Netanyahunun iqamətgahı qarşısında daha əvvəl keçirilən nümayişdən sonra parlament binasına gəlib, nümayiş zamanı polis izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Aksiya bazar günü axşam saatlarında etirazçıların bağladıqları şəhərin şərqində əsas magistral olan Ayalon şossesində keçirilib. Kanalın istinad etdiyi “Crowd Solutions” özəl şirkətinin hesablamalarına görə, etirazçıların ən çox cəmləşdiyi ərazidə 105 minə yaxın insan varmış.
Telekanal xəbər verir ki, saatın gec olmasına baxmayaraq, nümayişçilər yolu bağlamağa, tonqal qalamağa, baraban vurmağa, siyasi şüarlar səsləndirməyə və dağılışmaqdan imtina etməyə davam edib. Polis baş verənlərə qarışmırmış.
İsrailin “13” telekanalı xəbər verir ki, İsrail polisi Təl-Əvivin şərqindəki əsas Ayalon şossesində bir neçə saat davam edən kortəbii anti-hökumət mitinqinin iştirakçılarını dağıdıb.
İsraildə universitetlər hökumətin məhkəmə islahatlarına görə sabahdan etibarən bağlanacaq.
Bu arada, Ağ evin milli təhlükəsizlik şurasının nümayəndəsinin açıqlamasında ABŞ-ın İsrail müdafiə naziri Yoav Qalantın istefası fonunda İsraildəki durumla bağlı “dərin narahatlığını” bildirib. O qeyd edib ki, Vaşinqton mümkün qədər tez kompromis tapmağı zəruri hesab edir.
İsrailin Nyu-Yorkdakı baş konsulu Asaf Zamir də istefa verdi.