8 C
Baku
Friday, December 13, 2024

“Binance” Gürcüstanda regional ofis açır

Martın 26-da “Binance” kriptobirjası ölkədə kriptovalyutaların qəbulunu daha da artırmaq məqsədi ilə Gürcüstanda yeni blokçeyn mərkəzinin açılışını elan edib. “Binance” gürcü istedadlarını blokçeyn sektoruna cəlb etmək, sənaye təhsilini təşviq etmək və daha çox iş yerləri yaratmaq niyyətindədir.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Elana görə, “Binance Georgia” hazırda maarifləndirici tədbirlər və hakatonlar təşkil etmək üçün yerli dövlət və özəl sektorla əməkdaşlıq edən 25 nəfəri işə götürür. Kriptovalyuta firması 2023-cü ilin sonuna qədər Gürcüstanda regional mərkəzini işə salmaqla “daha ​​onlarla iş yeri” yaratmağı gözləyir.

“Binance”ın CEO-su ilk dəfə 2022-ci ilin noyabrında Gürcüstana səfər edib. Səfər zamanı cənab Çanpen Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və yerli biznes və kripto icması ilə görüşüb.

Son xəbərlər
Digər xəbərlər