-3 C
Baku
Sunday, December 15, 2024

“EdTech” nədir?

EdTech (ingilis dilində education – “təhsil” və technology – “texnologiya”) – təhsil texnologiyaları sahəsindəki layihələrə deyilir.

“EdTech” – çox geniş termindir. Ondan onlayn təhsilin sinonimi kimi, eləcə də tədris prosesi üçün istənilən texnologiyaların (o cümlədən, məktəb siniflərindəki interaktiv lövhələr kimi oflayn öyrənməyə kömək edən texnologiyaların) ümumi adı kimi istifadə olunur.

Tarix 

İlkin olaraq “EdTech”in əsas formatı sadə veb-saytlar olub, orada məlumatlar əsasən zəruri əlavə ədəbiyyat siyahısı və viki-mətnlər şəklində təqdim olunub.

2000-ci illərin ortalarında tam hüquqlu LMS (Learning Management System) platformaları peyda olmağa başlayıb: tələbənin şəxsi kabineti, texniki dəstək sistemi, söhbət otaqları və s. Eyni zamanda, fəal şəkildə videoformat inkişaf etməyə başlayıb.

2010-cu illərdə onlayn öyrənmə daha əlçatan olur: kütləvi açıq onlayn kurslar yaranır, tələbələrin fərdi irəliləyişlərini izləmək üçün sistemlər inkişaf edir və süni intellekt texnologiyaları tədricən bazara nüfuz edir.

Bu gün “EdTech” bazarının əsas tendensiyası müxtəlif mikrotəlim formatları (tələbənin kiçik hissələrlə yeni məlumatları qəbul etdiyi və sonra onu müntəzəm olaraq təkrarladığı bir yanaşma), VR / AR texnologiyaları və immersiv öyrənmədir (virtual dialoqa dalma).

Faktlar 

2020-ci ildə qlobal “EdTech” bazarının həcmi təqribən 90 milyard dollar dəyərində qiymətləndirilib. Mütəxəssislər onun 2021-ci ildən 2028-ci ilə qədər hər il 20% artacağını gözləyirlər.

Təcrübə

Onlayn təhsil bazarında pul qazanmağın bir neçə variantı  aktualdır.

Klassiklərə aşağıdakılar daxildir:

– kurs, freemium;
– model (baza funksionallıq – pulsuz, premium – ödənişli);

– məzmun üçün deyil, sertifikat üçün ödənişin alınması.

Yenilərə daxildir:

– unbundling (ayrılma). Bu sizə sertifikatsız və ya proqramın ayrıca modulu olmadan bilik almaq imkanı verir;
– tədris prosesinin dəstəklənməsi üçün ödəniş (repetitorluq);
– ianələr (könüllü töhfələr);
– davamlı sertifikatlaşdırma (mütəmadi olaraq təsdiq edilməli olan ödənişli sertifikatlar);
– performansa görə ödəniş – ISA (əmək haqqının faizi olaraq işə qəbul və ya karyera yüksəlişindən sonra).

Son xəbərlər
Digər xəbərlər