Fransa rəhbərliyi bu gün ölkədə yerləşən bir neçə nəhəng bankın ofisində axtarış həyata keçirib.
Sözügedən banklar sırasında Fransanın “Societe Generale”, “BNP Paribas”, eləcə də Böyük Britaniyanın “HSBC” bankı da olub.
Banklar çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunur.
Məlumata görə, bu banklar bir neçə il əvvəl də çirkli pulların yuyulmasında ittiham edilib.