2023-cü ilin fevral ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 170 nəfər artaraq 23040 nəfər təşkil edib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Ötən ilin fevralında bank işçilərinin sayı 20 834 nəfər olub ki, bu da illik müqayisədə 2 206 nəfər və ya 11% artım deməkdir.