17 C
Baku
Friday, October 18, 2024

Bayramov Azərbaycanın Fələstin-İsrail münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini deyib

Azərbaycan müxtəlif regionlarda münaqişələrdən və silahlı qarşıdurmalardan narahat olur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz Fələstin-İsrail münaqişəsinin həllini istəyirik, sülhə nail olmaq istiqamətində səyləri dəstəkləyirik. Biz iki dövlətli həll yolunu (Şərqi Qüdsün paytaxt olması ilə) dəstəkləyirik”, – XİN rəhbəri vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər