“Twitter”in sahibi və baş direktoru İlon Maskın hesabı sosial şəbəkədə ən çox izlənilən hesaba çevrilib. Sahibkar ABŞ-ın keçmiş prezidenti Barak Obamanı qabaqlaya bilib. “Twitter”i satın aldıqdan sonra onun izləyicilərinin sayı kəskin artıb.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
Üçüncü və dördüncü yerlərdə musiqiçilər Castin Biber və Keti Perri qərarlaşıb. Maskın “Twitter”də izləyici sayı 2022-ci ilin iyun ayından bu yana durmadan artır.
İlon Maskın hesabı basketbolçu Lebron Ceyms, siyasi jurnalist Ben Şapiro və demokrat siyasətçi Aleksandria Okasio-Kortezin profilləri ilə birlikdə baxışları gizli şəkildə artırılan 35 VIP “Twitter” istifadəçisi siyahısındadır.
Əgər Barak Obama, Castin Biber və Keti Perri “Twitter”dən əsasən iş üçün istifadə edirsə, Mask orada tez-tez “mem”lər yerləşdirir. Arada o, siyasətdəki dəyişikliklər və sosial şəbəkənin işi barədə məlumat verir və mühüm qərarların qəbulu ilə bağlı istifadəçilərlə məsləhətləşir, məsələn, Donald Trampın blokdan çıxarılmasını.