10 C
Baku
Wednesday, November 27, 2024

Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında Qarabağla bağlı qeyd yoxdur

Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyası dərc olunub.

Prezident Vladimir Putin tərəfindən bu gün təsdiqlənən yeni Xarici Siyasət Konsepsiyasının mətni hüquqi informasiya portalında yerləşdirilib.

42 səhifədən, 6 bölmə, 76 bəndən ibarət olan Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasının əsas tezisləri:

“Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyasında ABŞ-ın yürütdüyü kurs anti-Rusiya siyasətinin və sülh və bəşəriyyətin inkişafı üçün risklərin əsas mənbəyi adlandırılıb.

Rusiya özünə və ya müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək və qarşısını almaq üçün ordudan istifadə edəcək.

Rusiya digər dövlətlərə onların Rusiya Federasiyasıına davrandığı kimi münasibət göstərəcək.

Rusiya üçün dost qlobal güc mərkəzləri olan Çin və Hindistanla əlaqələri və koordinasiyanı hərtərəfli dərinləşdirmək xüsusilə vacibdir

XXI əsrdə Rusiyanın flaqman layihəsi Avrasiyanın vahid sülh, sabitlik, firavanlıq məkanına çevrilməsidir.

Rusiya özünü rus dünyasının qalası və qlobal balansı dəstəkləyən orijinal ölkə-sivilizasiya kimi müəyyənləşdirir.

Müxtəlif sahələrdə rusofobiyaya qarşı mübarizə Rusiyanın xaricdəki humanitar siyasətinin prioriteti adlandırılıb.

Rusiya Asiya-Sakit Okean regionunda ayırıcı sərhədlər siyasətinə qarşıdır.

Dünya işlərində ABŞ-ın və digər dost olmayan ölkələrin dominantlığının aradan qaldırılması Rusiya Federasiyasının prioritetlərindən biri olacaq.

Rusiya etibarlı təhlükəsizlik və hamı üçün bərabər imkanlar təmin edəcək dünya sistemi formalaşdırmağa çalışır.

Rusiya qarşılıqlılıq prinsipi əsasında bütün dövlətlər üçün bərabər təhlükəsizliyə çalışır.

Rusiya Federasiyası bioloji və zəhərli silahların hazırlanması ilə bağlı iddia edilən halları araşdıracaq.

Anti-Rusiya siyasətindən imtina və ABŞ-dan daha çox müstəqillik Avropa ölkələrinin təhlükəsizliyini və rifahını artırardı.

Rusiya müttəfiqləri və tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədir.

Rusiya dost olmayan ölkələrin onun müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığına mane olmaq cəhdlərini dayandırmaq niyyətindədir.

Rusiyanın yaxın xaricdə əsas məqsədi regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir.

Rusiya Arktikada beynəlxalq məsələlərin sülh yolu ilə həllinə yönəlib.

Rusiya ənənəvi dəyərləri qorumaq üçün səyləri birləşdirməyi təklif edir”.

Qeyd edək ki, Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında 2016-cı il 1 dekabr tarixində dərc olunan Xarici Siyasət Konsepsiyasından fərqli olararaq bu dəfə Qarabağ məsələsi, Azərbaycan-Ermənistan nizamlanması barədə bir cümlə də qeyd olunmayıb. Ümumi olaraq sənəddə “Rusiyanın yaxın xaricdə əsas məqsədi regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir” tezisi qeyd olunub. 2016-cı ilin Xarici Siyasət Konsepsiyasında isə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həlli xarici siyasət prioritetləri sırasına daxil edilmişdi. Bu fakt onu göstərir ki, Rusiya da Qarabağ münaqişəsinin bitdiyini qəbul edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər