20 C
Baku
Friday, May 3, 2024

İlham Əliyevin Tacikistana səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Tacikistana rəsmi səfər edəcək.

Bu barədə Tacikistanın İnvestisiya və Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi məlumat yayıb.

Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.

Məlumata görə, tədbirə 150-dən çox iştirakçının qatılması planlaşdırılır. O cümlədən nazirlər, sahibkarlar, investorlar, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri forumda  iştirak edəcək.

Tədbir çərçivəsində iki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq.

Qeyd edək ki,  2022-ci ildə Tacikistan və Azərbaycan arasında mal və məhsul dövriyyəsi 6,2 milyon dollar təşkil edib, bu da ümumi mal və məhsul dövriyyəsinin 0,1%-nə bərabərdir.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər