2030-cu ildən sonra da Almaniyanın hərbi texnikasında boşluqlar olacaq.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Welt am Sonntag” qəzetinə deyib.
“Biz hamımız bilirik ki, mövcud boşluqları 2030-cu ilə qədər tam aradan qaldırmaq mümkün deyil. Ona görə də biz prioritetləri müəyyən etməliyik”, – deyə o bildirib.
Müdafiə nazirinin sözlərinə görə, bu prioritetlərdən biri NATO-nun şərq cinahının müdafiəsidir.
“Bizim üçün bu, ilk növbədə 2025-ci ilə qədər tam təchiz olunmuş diviziya yaratmaq və NATO-nun Cavab Qüvvələrinə adekvat töhfə vermək deməkdir.
Bundesverin yerinə yetirməli olduğu üç vəzifə var: Milli və müttəfiqlərin müdafiəsi, eləcə də beynəlxalq böhran əməliyyatları. Bu, maddi və şəxsi heyətlə dəstəklənən imkanlar tələb edir”, – Pistorius deyib.