Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi yaxın günlərdə Moskvaya səfər etmək niyyətindədir.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunur ki, danışıqlar zamanı Qrossi Zaporojye atom elektrik stansiyasının ətrafında xüsusi beynəlxalq mühafizə tətbiq edilən “azad zona”nın yaradılması planları haqqında məlumat verəcək.