11 C
Baku
Monday, November 25, 2024

Makron Çinə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə işgüzar səfər edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.

Fransa mətbuatı yazır ki, Makron səfər zamanı Ukraynadakı münaqişəni müzakirə etmək və rəsmi Pekini Rusiyaya hərbi dəstək verməkdən çəkindirmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Makronun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Çinə səfər etməyi planlaşdırdığı bildirilirdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər