Bank hesablarından 20 min manat oğurlayan şəxs saxlanılıb

Martın 28-də və 30-da bir vətəndaşın 9845 manatının, digər vətəndaşın isə 9900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN-dən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər