7 C
Baku
Sunday, December 15, 2024

“Black Seed Oil” bioloji aktiv qida məhsulu idxal sağlamlıq aktı olmadan satılıb

Agentlik əməkdaşları tərəfindən Qobustan şəhəri, Yeni massiv adlanan ərazidə fəaliyyət göstərən hüquqi şəxs “Docta” MMC-yə məxsus aptekdə planlı yoxlama aparılıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, satışı həyata keçirilən bioloji aktiv qida məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin təqdim edilmədiyi, “Bilge İlaç A.Ş” şirkətinə məxsus “Black Seed Oil” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun idxal sağlamlıq aktı olmadan satışının həyata keçirildiyi, bəzi bioloji aktiv qida məhsullarının üzərində və içlik vərəqələrində digər dillərlə yanaşı Azərbaycan dilində zəruri məlumatların göstərilmədiyi müəyyən olunub.

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyyətə cəlb olunub.

16805257892 jpeg 16805257893 jpeg 16805257881 jpeg

Son xəbərlər
Digər xəbərlər