2 C
Baku
Saturday, December 14, 2024

Çində dünyanın ən böyük tankeri inşa edilib

Dalyan şəhərində tamamilə Çində layihələndirilmiş və tikilmiş, dinamik yerləşdirmə (DP) sistemi ilə təchiz edilmiş nəhəng “NS PIONEER” tankeri istismara verilib.

Tanker Çin Milli Okean Neft Korporasiyası tərəfindən dünyanın ən böyük dərinsulu neft və qaz yatağı – Braziliyanın Buzios və Mero yataqları üçün “Dalyan” gəmiqayırma zavoduna sifariş edilib.

Uzunluğu 279 metr, eni 48 metr, suya oturumu 23.7 metr və yükgötürmə qabiliyyəti 155 min ton olan bu gəmi Braziliyanın “Petrobras” neft və qaz şirkətinin ən son texniki xüsusiyyətlərinə uyğun inşa edilib və hazırda bu standarta uyğun dünyanın ən böyük DP tankeridir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər