11 C
Baku
Monday, November 25, 2024

“Kanon” aptekdə yağların etiketlərində onlara xas olmayan təsirlərin qeyd edildiyi aşkarlandı

Tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Kanon” aptekdə aparılan monitorinq zamanı qida məhsullarının üzərində onlara xas olmayan təsir və ya xassələrinin qeyd edildiyi məlum olub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, aptekdə “Herbaflora”  əmtəə nişanlı  hər birindən 1 ədəd olmaqla küncüt yağı (100 ml), alaqanqal yağı (100 ml),  zəyərək yağı (100ml), balqabaq yağı (100ml), hər birindən 2 ədəd olmaqla zeytun yağı (100 ml), çaytikanı yağı (100 ml), 1 ədəd “Grano” əmtəə nişanlı kətan yağı (100 ml), 1 ədəd “Al Dawaa” əmtəə nişanlı qara zirə yağı (100 ml), 1 ədəd “UD Hindi” əmtəə nişanlı  (100 ml) yağların etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlərin qeyd edildiyi aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qeyd olunan məhsullar saxlanca qoyularaq dövriyyədən çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər