Dünyada mayeləşdirilmiş təbii qazın (LNG) idxalı ilin sonuna qədər 4% və ya bir qədər çox artaraq, təxminən 416 mln. tona çata bilər.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir.
“2023-cü ildə qlobal LNG idxalının ötən illə müqayisədə 4-4.5% (16-18 mln. ton) artaraq 416 milyon tona çatacağı proqnozlaşdırılır”, – hesabatda qeyd olunur.
LNG idxalındakı artımın əsas hissəsinin (13-15 mln. ton əlavə həcmlə) Çin və Hindistan altqitə və Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcəyi proqnozlaşdırılır.
Hesabatda deyilir ki, qlobal LNG idxalı keçən il Avropa idxalındakı artım sayəsində 6% (21 mln. ton) artaraq 399 mln. ton təşkil edib. Bu, Asiya Sakit Okean, Latın Amerikası və Karib hövzəsi ölkələri tərəfindən idxalın azalmasını kompensasiya edib.