11 C
Baku
Saturday, November 16, 2024

Manato.az nədir və ondan necə faydalanmaq olar?

Manato sizə təcili kiçik məbləğdə vəsait lazım olduğu anda faydalanaca biləcəyiniz bir xidmətdir. Oxşar xidmət hazırda bazarda aktiv və populyar olan Azpulmat xidmətidir.

Banker.az-ın məlumatına görə, mikrokrediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Şirkətdən 7 gündən 30 günədək müddətə 50 AZN-dən 1000 AZN-dək istənilən məbləğdə mikrokreditlər götürmək mümkündür.

Qeyd etmək lazımdır ki, belə xidmətlərdə faiz dərəcəsi kiçik görünsədə, əslində həddən artıq yüksək faizlərdir. Sadəcə olaraq müştərilərə faiz dərəcəsi günlük və aylıq göstərildiyi üçün kiçik görünür. Bunun əksi olaraq banklardakı faizlər adətən illik göstərilir.

Manato.az-da kredit götürülən zaman faizdən əlavə olaraq komisyon haqqıda nəzərədə tutulub. Onun məbləği 3.5-6 manat aralığında dəyişir.

Manato.az-dan kredit götürmək üçün nə etmək lazımdır.

Bu krediti kimlər götürə bilə?

  • Siz Azərbaycan Respublikasının vətəndaşı olmalısınız;
  • Sizin gecikdirilmiş ödənişləriniz və ya borc öhdəlikləri üzrə pozuntularınız olmamalıdır;
  • Sizə banklardan birində hesab və aktiv mobil telefon nömrəsi lazımdır.

Tələb olunan sənədlər:

  • Mikrokredit almaq üçün Sizə yalnız mobil telefon, şəxsiyyət vəsiqəsi/yaşama icazəsi və Azərbaycan banklarından birində hesab lazımdır.

Krediti götürmək üçün addımlar:

Addım 1 – Mikrokreditin məbləğini və müddətini seçin

Mikrokreditin məbləğini və müddətini siz Manato.az saytındakı kalkulyatorun köməyi ilə müstəqil şəkildə seçirsiniz. Siz mikrokreditin son ödənilmə tarixini, komissiyanın məbləğini və ödənilməli olan ümumi məbləği dərhal görəcəksiniz. Mikrokreditin müddəti 7, 14 və ya 30 gün, mikrokreditin minimal məbləği – 50, maksimal məbləği – 1000 manatdır.

Addım 2 – Profilinizi qeydiyyatdan keçirin

Müqavilə və digər sənədlərlə diqqətlə tanış olun, işarələr qoyun. Qeydiyyatı sona çatdırmaq üçün Siz SMS-kod vasitəsilə oferta imzalamalısınız. İstifadə etdiyiniz telefon nömrəsini daxil edin və “SMS-kod almaq” düyməsini basın. Göstərdiyiniz mobil telefon nömrəsinə unikal kodla ismarıc gələcək. SMS-in alınma müddəti 3 dəqiqəyədək çəkə bilər, lakin adətən, daha tez gəlir. Bundan sonra SMS kodu sağdakı pəncərəyə daxil edin. Sonra Siz FIN, email sətrini doldurmalı və Manato.az saytındakı profiliniz üçün şifrə təyin etməlisiniz.

Addım 3 – Anketi doldurun

Mikrokreditinizin təsdiq edilməsi üçün Siz məlumatları düzgün təqdim etməlisiniz. Mikrokreditin alınması üçün mütləq tələb – Azərbaycan Respublikasının istənilən bankında aktiv IBAN hesabın mövcud olmasıdır. Qeyd edilən bank hesabı Sizə məxsus olmalıdır.

Addım 4 – Mikrokreditin təqdim edilməsi haqqında qərarı gözləyin

Sifarişdə göstərdiyiniz telefon sizdə olmalıdır. Operator bir neçə sual vermək üçün qeyd etdiyiniz nömrəyə zəng vuracaq. Yekun qərar sms və email məlumatı şəklində daxil olacaq.

Addım 5 – Mikrokredit təsdiq olundu!

Təsdiq edildiyi halda pulları sizə gün ərzində göndəriləcək. Məbləğin bank hesabınıza daxil olması bankınızın proseslərinin sürətindən asılıdır və 10 dəqiqədən 3 iş gününədək çəkə bilər. Mikrokredit müqaviləsi və hesab Sizin elektron ünvanınıza göndəriləcək. Manato.az saytındakı şəxsi kabinetinizdə Siz hər zaman ödəniş məbləği və tarixi haqqında məlumatla tanış ola bilərsiniz.

Manato.az ödənişlər necə edilir?

Kredit üzrə ödənişləri eManat terminalları vasitəsi ilə etmək mümkündür.

 

 

 

Son xəbərlər
Digər xəbərlər