13 C
Baku
Sunday, November 24, 2024

Dünya Bankı: Bu il Azərbaycanda əsas kapitala yatırım 3%-dən çox olacaq

Dünya Bankı (DB) 2026-ci ilə kimi Azərbaycanda əsas kapitala qoyuluşla bağlı proqnozunu yeniləyib.

Əsas kapitala investisiyalar 2022-ci ildəki 4.5%-dən, 2023-cü ildə 3.2%-ə enəcək.

Dünya Bankı 2024 və 2025-ci illər üzrə isə əsas kapital qoyuluşunun 3.3% artacağını proqnozlaşdırıb.

Bank 2026-cı ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələrin dinamikasının azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələrin 2023-cü ildə real ÜDM-in 4%-ni (2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0.5% az), 2024 (əvvəlki proqnozdan 0.4% az ) və 2025-ci illərdə isə 3.6%-ni təşkil edəcəyi təxmin edilir.

Dünya Bankı dövlət xərcləmələri ilə bağlı proqnozunu isə dəyişməyib. Dövlət xərcləmələrinin real ÜDM-də payı 2023-cü ildə 4.2%, 2024 və 2025-ci illərdə isə 3.1% təşkil edəcəyini proqnozlaşdırılıb.

DB 2023-2025-ci illərdə məhsul və xidmətlərin ixracının real ÜDM-də payını müvafiq olaraq 0.8%, 1.6% və 1.8% proqnozlaşdırıb. Məhsul və xidmətlərin idxalının real ÜDM-də payı isə 2023-2025-ci illərdə 2.7% təşkil edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər