14:12
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib.
“Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub”, – Kremlin məlumatında qeyd olunub.
***
13:28
Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Sputnik Armenia məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat infrastrukturunun açılması müzakirə edilib.
Danışıqlarda Laçın yolundakı vəziyyət də müzakirə olunub.