14 C
Baku
Saturday, November 23, 2024

Lavrov təklif gəlsə, Blinkenlə görüşə biləcəyini açıqlayıb

“Əgər təklif gəlsə, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşə bilərəm”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya həmişə dialoqa açıqdır: “Mən G-20 sammitində də Blinkenlə görüşdən imtina etməmişdim. Ümumiyyətlə, biz ciddi müzakirələrə həmişə açıqıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər