10 C
Baku
Wednesday, November 27, 2024

Almaniya Türkiyə və Suriyadakı zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib

Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib.

Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş insanların bir çoxunun Almaniyada qohumları var. Biz çox operativ hərəkət etdik və humanitar yardım göstərdik”, – o bildirib və əlavə edib ki, bu yardıma Almaniyada qohumlarının yanında 90 gün müvəqqəti qalma imkanı da daxildir.

Nazirin sözlərinə görə, bu məqsədlə indiyədək 7652 müvəqqəti yaşama vizası verilib. Onlardan 6500-dən çoxu əsasən Türkiyədəki zəlzələ zonasından olan insanlar üçün nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər