Aprel ayında Latviya Belarusla sərhədin bataqlıq ərazilərində hasar çəkməyə başlayacaq.
Qeyd olunub ki, hasarın uzunluğu demək olar ki, 64 km olacaq. Vurğulanıb ki, artıq quru zonalarda (85,8 km – Red) işlər yekunlaşıb.
Qeyd edək ki, Finlandiya da Rusiya ilə sərhəddə sədd tikməyə başlayıb. Tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb. İnşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.
Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.