ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”, Çinin Şanxay şəhərində enerji saxlama qurğularının istehsalı üçün geniş miqyaslı obyekt quracaq.
Təməli bu ilin üçüncü rübündə qoyulacaq layihə üçün aprelin 9-da Şanxayda imzalanma mərasimi keçirilib.
Şirkət 2024-cü ilin ikinci rübündə fəaliyyətə başlaması planlaşdırılan fabrikdə təxminən 4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək.
“Tesla”nın hələ də ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10.000 Meqapaket istehsal etmək gücünə malik “meqa fabriki” var.
Şirkət həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən “giqa fabriki”ni əlavə olaraq 450 min tutumla genişləndirməyi planlaşdırır.