10 C
Baku
Thursday, December 12, 2024

“Starlab Klinikası” dərman vasitələri haqqında qanunvericiliyi pozduğuna görə məhkəməlik oldu

“Starlab Klinikası” MMC-yə inzibati xəta protokolu tərtib olunub.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülüb.

İşə Bakı Şəhər Nəsimi Rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə baxılır.

İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə görə, Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə -inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər