ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində atışma olub.
Polis Luisvill şəhərinin mərkəzində bank binasında baş verən atışmada çoxlu itki olduğunu bildirib.
Luisvill Polis İdarəsi “Twitter“də atışmanın davam etdiyini bildirərək vətəndaşları ərazidən uzaq durmağa çağırıb.
Binanı tərk edən şahidlər bildiriblər ki, onlar binanın içərisində atəş səsləri eşidiblər.
Kentukki qubernatoru “Twitter” hesabında hadisə yerinə getdiyini bildirib.