6 C
Baku
Sunday, December 15, 2024

ABB səhmdarlara bölüşdürülməmiş mənfəətindən dividend ödəyəcək

ABB-nin (“Azərbaycan Beynəlxalq Ban­kı” Açıq Səhmdar Cəmiyyəti) idarə heyəti 30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarları­nın növbəti illik ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyəti məlumat yayıb.

“Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu mad­dəsinə əsasən səsvermənin qiyabi şəkil­də həyata keçirilməsi nəzərdə tutulmuş­dur”.

Ümumi yığıncağın gündəliyinə aşağı­dakı məsələlər daxil edilmişdir:

1. “ABB” ASC-nin kənar auditor tərə­findən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin ma­liyyə hesabatının təsdiq olunması.

2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.

3. 2024-2026-cı illərin maliyyə nəti­cələrinə görə “ABB” ASC-nin əməkdaşla­rının mükafatlandırılması.

4. “ABB” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

5. “ABB” ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.

Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Xatırladaq ki, ABB-nin 2022-ci ilin sonuna daha 254.38 mln. manat xalis mənfəət əldə etməklə bölüşdürülməmiş mənfəətini 211.18 mln. manata çatdırılıb.

“Azərbaycan Respublikası Mülki Mə­cəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bən­dini nəzərə alaraq qeyd edirik ki, ümu­mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təq­dim etmək şərtilə bu bildirişə əlavə olu­nan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həya­ta keçiriləcəkdir”- deyə elanda qeyd edilir.

 

Son xəbərlər
Digər xəbərlər