Pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləği 2019-cu ilə nisbətən 2020-ci ildə 59.7% artaraq 47.1 mln. manata, 2021-ci ildə isə 82% artaraq 53.7 mln. manata yüksəlib.
Hesablama Palatasının məlumatına görə, pambığın məhsuldarlığı 2021-ci ildə 28.5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq 3.4% və 14.9% azalıb. Belə ki, pambığın məhsuldarlığı 2019-cu il üzrə 29.5 sentner/hektar, 2020-ci il üzrə isə 33.5 sentner/hektar olub. Eyni zamanda, pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295.3 min ton, 2020-ci il üzrə 336.8 min ton), müvafiq olaraq 2.8% və 14.8% azalıb.
Qeyd edək ki, bu göstəricilər pambıqçılıq sahəsinə yönələn resursların nəticəliliyinin qeyri-adekvat inkişaf etdiyini göstərir.