9 C
Baku
Thursday, December 12, 2024

Rubinyan: “Ermənistan-Türkiyə sərhədinin 3-cü ölkə vətəndaşları üçün açılması yayda planlaşdırılır”

Ermənistan və Türkiyə sərhədlərinin 3-cü ölkə vətəndaşları üçün açılması yayda planlaşdırılır.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyə ilə sərhəddə yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması üçüm texniki vasitələrlə təmin olunduğunu deyib.

Ruben Rubinyan əmin edib ki, Türkiyə tərəfi də sərhədin öz tərəfindən analoji tədbirlər görüb.

Ruben Rubinyan Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünün də bərpasının qüvvədə olduğunu, lakin işlərin hələ başlamadığını deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər