Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda işsizlik səviyyəsini bu il və 2024-cü ildə 5.8 % olacağını proqnozlaşdırır.
Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
2022-ci ildə bu göstərici 5.9 % səviyyəsində olub.
Sənədə əsasən, region ölkələrindən Ermənistanda işsizlik bu il 12.5 %, gələn il isə 13 %, Gürcüstanda müvafiq olaraq 19.5 % və 20.2 % səviyyəsində proqnozlaşdırılır.