10 C
Baku
Monday, November 25, 2024

Hesablama Palatası 481 milyon manatdan çox maliyyə pozuntusu aşkarlayıb

Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının həcmi məlum olub.

Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Maliyyə pozuntularının ümumilikdə məbləği 481.2 milyon manat müəyyən edilib. Bunun 131.3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349.9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir. 131.3 milyon manatdan isə 46.1 milyon manatının bərpası müəyyən edilib, 85.2 milyon manatı üçün isə digər tədbir müəyyən edilib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər